sedanews.az
sedanews.az

Türkiyə parlamentinin yeni tərkibdə ilk iclası başlayıb, Ərdoğan iştirak edir

2-06-2023, 15:25 183 dəfə baxılıb


   İyirmi səkkizinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni tərkibdə ilk iclası başlayıb.
“Report”un xəbərinə görə, toplantıya ən yaşlı deputat olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı sədrlik edir.
    TBMM-in keçmiş sədri Mustafa Şəntop artıq səlahiyyətlərini D.Bağçalıya təhvil verib. Yeni spiker seçilənədək qanunverici orqana MHP sədri rəhbərlik edəcək.
  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasda iştirak edir.
Toplantıda yeni seçilən deputatlar and içəcəklər.
   Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezidenti seçkiləri keçirilib. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) qanunverici orqanda 268 deputatla təmsil olunacaq. Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Yaşıl Sol Partiyası 61, Türkiyə İşçi Partiyası 4, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ Partiya 43 deputat yeri qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA