Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını hazırlamaq üçün komissiya yaradılması təklif olunub.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova təklif edib.
Sədr bildirib ki, Nizami Səfərov Komissiyanın sədri, Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev, Razi Nurullayev isə komissiyanın üzvləri olsun.
Təklif dəstəklənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.