sedanews.az
sedanews.az

Kreml Rusiya ordusunun şəxsi heyətinin sayının artırılmasına aydınlıq gətirib

17-09-2024, 13:37 164 dəfə baxılıb


  Kreml Rusiya ordusunun şəxsi heyətinin sayının artırılmasına aydınlıq gətirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Silahlı Qüvvələrinin sayının ölkəyə təhdidlər və Qərbdəki son dərəcə düşmən vəziyyətə görə artırıldığını söyləyib.
  Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin öz fərmanı ilə Silahlı Qüvvələrin ştat sayını 2 milyon 389 min nəfərə, o cümlədən 1,5 milyon hərbi qulluqçuya çatdırıb.
  Prezidentin fərmanı ilə Rusiya ordusunda hərbi qulluqçuların sayı 180 min nəfər artırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA