sedanews.az
sedanews.az

Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir

22-06-2021, 16:09 399 dəfə baxılıb


İki ilə yaxındır ki, qlobal miqyasda dünyaya həm iqtisadi həm də mənəvi ziyan vuran koronavirus infeksiyasının mənfi təsirləri Azərbaycandan da yan keçmədi. Təəssüflər olsun ki, səhiyyə sisteminin bir anda həddindən artıq yüklənməsi və dünya əhalisinin əmək fəaliyyəti ilə məşğul olduğu bütün sahələr, təhsildən ticarətə kimi bütün sektorların ağılasığmaz durğunluq dövrünü yaşaması inkişaf etmiş ölkələri belə ağır iqtisadi vəziyyətlə üz-üzə qoydu. Bu gözlənilməz vəziyyətdən hər bir ölkəni yalnız onun idarəedici qüvvəsi olan rəhbərliyi minimum zərərlə çıxara bilərdi.

Qeyd olunan dövrə nəzər saldıqda Azərbaycanın bəxti gətirən dövlətlərdən biri olduğunu əminliklə deyə bilərik. Dünyanın tibbi maska qıtlığı yaşadığı, tibbi personal, xəstəxana, avadanlıqlar qıtlığı yaşandığı bir dövrdə maska istehsalına başlanması, modul tipli xəstəxanaların, o cümlədən regionlarda yeni və müasir standartlara cavab verən klinikların təcili açılması və vətəndaşların istifadəsinə verilməsi böyük addımlar idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbər olaraq həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində virusla mübarizə üzrə ən vacib amil sayılan vaksinlərin ölkəyə gətirilməsi və vətəndaşların vaksinasiya prosesində aktiv iştirakı ölkəmizin əvvəlki dövrə tezliklə qayıdacağını deməyə imkan verir. Hamımıza məlumdur ki, dünyanın bir çox ölkələrində vaksin əldə etmək müşkül vəziyyətdədir və bu səbəblə əhali risk altındadır. Lakin pandemiya dalğasının başlandığı və tüğyan etdiyi dövrdən bu günə kimi, dövlət öz vətəndaşlarının həm sağlamlığının qeydinə qalmış və eyni zamanda əhalinin sosial vəziyyəti bir an belə diqqətdən kənarda saxlanılmamış, maddi yardımlar göstərilmiş, sahibkarlara dövlət dəstəyi göstərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqılarının müəyyən hissəsinin ödənilməsi proqramına iki ay ərzində 87,7 milyon manat (7 iyun tarixinə olan məlumat) vəsait xərclənmişdir.

Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, pandemiya nəticəsində qlobal iqtisadiyyat 2020-ci ildə 3 faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacağı halda, Azərbaycan iqtisadiyyatında daha az geriləmə müşahidə olunmuşdur. Orta Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsinin içərisində Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir.

Hamımıza məlum olduğu kimi, əlbəttə bütün bu qeyd olunan uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir.

Ricad Məmmədov - Legion İdman Klubunun direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA