sedanews.az
sedanews.az

Nazir yaşı 60-dan yuxarı olan müəllimlərin sertifikasiyaya cəlb edilməsinə münasibət bildirib

14-06-2022, 14:35 261 dəfə baxılıb


   Təhsil naziri Emin Əmrullayev əməkdar müəllimlərin, eyni zamanda yaşı 60 və daha çox olanların sertifikasiyaya cəlb edilməsinin etiraza səbəb olmasına münasibət bildirib.
APA xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, qaydalarda hər şey öz əksini açıq şəkildə bildirib:
   “Yaşlı nəsildən olan müəllimlər məktəbdə dərs deyir və yaxud demək istəyirsə sertifikasiyadan keçməlidir. Bunlar dərs prinsipinin gündəminə uyğun olmalıdır. Mən inanıram ki, müəllimlər, xüsusən əməkdar müəllimlər üçün bunun heç bir problemi yoxdur. Sertifikasiyadan kəsilən müəllim növbəti 1 il ərzində yenidən imtahan verə bilər. Sertifikasiya yenilik olsa da, bu, bütün dünyada var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA