sedanews.az
sedanews.az

Lerikdə güclü qasırğa və dolu ciddi fəsadlar törədib

26-06-2024, 15:52 214 dəfə baxılıb

   Lerikdə güclü qasırğa və dolu ciddi fəsadlar törədib, Lənkəran-Lerik yolu uçqun səbəbindən bağlanıb.

   Rayon ərazisinə yarım saat müddətində diametri 2 sm-dən böyük olan dolu yağıb.
   Dolu və qasırğa infrastruktura, təsərrüfatlara ciddi ziyan vurub. Şəhərin müxtəlif yerlərində istinad divarları uçub, dam örtüklərinə zərər dəyib. Taxılçılıq, tərəvəzçilik sahələri yararsız hala düşüb.
  Torpaq sürüşməsi isə Lerik-Lənkəran magistralının 37-ci kilometrində - Lerik rayonunun Peştətük kındi ərazidə baş verib. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun sözlərinə əsasən, hazırda ərazidə 52 saylı Lerik Yol İstismar İdarəsi MMC-nin ağır texnikaları və canlı qüvvəsi çalışır.
  REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA