sedanews.az
sedanews.az

Şəhid övladları üçün “Qaliblər düşərgəsi” fəaliyyətə başlayacaq

2-07-2021, 14:13 389 dəfə baxılıb

Şəhid övladları üçün “Qaliblər düşərgəsi” fəaliyyətə başlayacaq



4 iyul tarixindən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün “Qaliblər düşərgəsi” fəaliyyətə başlayacaq.
13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir. “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə həyata keçirilən düşərgə Şüvəlan qəsəbəsi Humanitar Fənlər Təmayüllü Gimnaziyada təşkil olunacaq. 
14 gün davam edəcək layihədə 79 şəhid övladı üçün müxtəlif mövzuları əhatə edən təlimlər, fərdi dərslər, əyləncəli və intellektual oyunlar, idman və incəsənət sahələri üzrə dərslər təşkil olunacaq. Bundan başqa, Bakı şəhərinin görməli yerlərinə ekskursiyalar planlaşdırılır. Layihə çərçivəsində yeniyetmələr tanınmış ictimai xadimlər, idman, təhsil və mədəniyyət sahəsinin məşhur simalar ilə də görüşəcəklər.
Açılış mərasimi 4 iyul saat 19:00-da olacaq. 
Bağlanış mərasimi isə 18 iyulda keçiriləcək.
Layihənin gercəkləşməsində bir sıra dövlət qurumları və özəl sektor nümayəndələri iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA