sedanews.az
sedanews.az

Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu

30-10-2020, 14:13 726 dəfə baxılıb

Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu



Şirvanda doqquz gün öncə şəhid olan çavuş Zeynal Zülfüqarlının oğlan övladı dünyaya gəlib. 
Baku TV xəbər verir ki, Zeynal Zülfüqarlı oktyabrın 20-də Qarabağ uğrunda gedən vətən müharibəsində qəhrəmancasına şəhid olub. 
Torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən 25 yaşlı Z.Zülfüqarlı bir il öncə ailə həyatı qurub. Şəhidlik zirvəsinə yüksələn çavuşun oktyabrın 28-də oğul övladı dünyaya gəlib. 
İndi şəhid övladı öz atasının adını daşıyır. Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu. 
Tibb heyəti doğum evindən şəhid əsgərin ilk və son yadigarını alqış və göz yaşları ilə yola salıb.
Bu mənzərədən kövrələn və övlad itkisindən ürəyi yanan şəhid valideynləri balaca Zeynalın dünyaya gəlişinin ailə üçün təsəlli olduğunu deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA