sedanews.az
sedanews.az

Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası keçirilib - YENİLƏNİB

28-11-2024, 10:00 81 dəfə baxılıb



  Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katiblərinin birgə iclası keçirilib.
  APA xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
Toplantının iştirakçıları təşkilata üzv ölkələrdəki hərbi-siyasi vəziyyət, əməkdaşlığın nəticələri və perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
İclasda Böyük Vətən müharibəsində qələbənin 80 illiyinin keçirilməsinə hazırlıq məsələləri də gündəmdə olub.
Tərəflər KTMT-nin müzakirəsinə çıxarılan bəzi sənədlərin təsdiqlənməsi, eləcə də müttəfiqlik münasibətlərinin, xarici siyasətlə bağlı koordinasiyanın və Kollektiv Qüvvələrin potensialının möhkəmləndirilməsi istiqamətində bir sıra qərarlar qəbul edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA