sedanews.az
sedanews.az

İrəvan sakinləri Ermənistanın Qazaxıstana ordu göndərməsinə gülür: “Ermənistanın ordusu qalıb ki?!”

10-01-2022, 11:38 496 dəfə baxılıb

İrəvan sakinləri Ermənistanın Qazaxıstana ordu göndərməsinə gülür: “Ermənistanın ordusu qalıb ki?!”





Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri kimi Qazaxıstanda kütləvi aksiyaların yatırılması, strateji obyektlərin mühafizəsini təmin etməsi üçün 70 əsgər göndərməsini İrəvan sakinləri birmənalı qarşılamır.
Kimisi Ermənistanın bu addımının gərəksiz , kimisi isə məğlub ordunun Qazaxıstana göndərilməsinin gülünc olduğunu deyir.
Qeyd edək ki, artıq bir neçə gündür ki, Qazaxıstanda iğtişaşlar davam edir. Ölkənin bir neçə böyük şəhərində, o cümlədən Almatıda etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaşanır.
Çoxlu sayda ölü və yaralı, həbs olunanlar var. Yanvarın 5-də Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident Kasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət edərək, Qazaxıstanda baş verən iğtişaşları xarici təcavüz hesab etdiyini, qarışıqlığa səbəb olan terrorçu dəstələrin isə xaricdə təlim keçdiklərini vurğulayıb.
Müraciətdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının sədri kimi iştirakçı ölkələrin liderlərinin Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.
Yanvarın 6-dan etibarən isə Rusiya, Belarus, Tacikistan, Qırğızıstan və Ermənistan bu ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərkibində qoşun göndərməyə qərar verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA