sedanews.az
sedanews.az

Omikron ştami buster dozanı labüd edir

11-01-2022, 16:04 354 dəfə baxılıb

                                            Omikron ştami buster dozanı labüd edir 

Mütəxəssislər yeni ştamdan qorunmağın əsas yolu kimi vaksinasiyanı görürlər
Ölkəmizdə aşkarlanan yeni omikron ştamı vaksinasiya prosesinin sürətlənməsini labüd edir.
Mütəxəssislər yeni ştamdan qorunmğin əsas yolu kimi vaksinasiyanı görürlər. Xüsusilə buster doza yeni ştama qarşı insan bədəninin müqavimətini daha da artırır.
Nəzərə alsaq ki , Fevralın 15-dən sonra ikinci dozadan 6 ay sonra 3-cü doza vaksin vurulmalıdır. Virusun yeni "Omicron” variant da buster dozanın əhəmiyyətini daha da artırıb. Mütəxəssislər bildirir ki, 2 doza vaksinasiya ilə bu varianta qarşı kafi immuniteti yaratmaq gücündə deyil.
Qeyd edək ki, son açıqlamada Ümumdünya Səhiyyə Təşkilatı bu ilin iyul ayına qədər ölkələri əhalisinin azı 70%-nin peyvənd olunmasını təmin etməyə çağırıb və bu baş verənə qədər pandemiyanın bitməyəcəyini bildirib. Dünyada peyvənd və müalicədəki bərabərsizlik pandemiyanın qarşısını almaqda hələ dəb böyük problem olaraq qalır. Bir çox ölkələrə vaksin əlçatanlığı hələ də tam təmin olunmasa da Ölkəmizdə vaksinasi işi sürətlə icra olunur.
Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon yarım, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyiondan çox, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 miyondan çox, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon yarımdan çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA