sedanews.az
sedanews.az

İnnovasiya ekosisteminin inkişafı

14-06-2022, 15:25 238 dəfə baxılıb


   Dövlət və özəl müəssisələrin tərəfdaşlığı müzakirə olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Technovate-Sabah Mələk İnvestorlar Klubu’’ arasında dəyirmi masa keçirilib.
   Azərbaycan innovasiya ekosisteminin inkişafı istiqamətində dövlət-özəl tərəfdaşlığına dair birgə fəaliyyət planı geniş çevrədə müzakirə olunub. Tədbirdə yerli startap icması, innovasiya ekosisteminin tanınmış üzvləri, ‘’Technovate-Sabah Mələk investorlar klubu’’nun təsisçiləri və investorlarları və media nümayəndələri iştirak ediblər. Görüşdə innovasiya və startap ekosisteminin cari durumu, müasir çağırışlar, problemlər və yeni imkanlar istiqamətində geniş fikir mübadiləsi aparılıb.
   Tərəfdaşlıq çərçivəsində investorlar üçün təlim proqramlarının, beynəlxalq mübadilə görüşlərinin maliyyələşdirilməsi, müştərək investisiya imkanlarının dəstəklənməsi və sözügedən klubun fəaliyyətinin təşviq olunması istiqamətləri müzakirə olunub. Görüşdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Technovate-Sabah Mələk İnvestorlar Klubu’’nun yaradılması təşəbbüsünü alqışlayaraq klubun fəaliyyətinin respublikanın innovasiya ekosistemi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
    Bildirilib ki, birgə layihələrin həyata keçirilməsində məqsəd ölkəmizdə investisiya mədəniyyətinin formalaşmasına təkan vermək, biznes mühitinin optimallaşdırılmasına, yerli layihələrin xarici bazarlara çıxarılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə nail olmaqdır.
    “Technovate-Sabah Mələk İnvestorlar Klubu’’nun təsisçisi Fərid İsmayılzadə geniş təqdimatla çıxış edərək vençur studio və klubların yaradılması və dəstəklənməsinin əhəmiyyətinə diqqət çəkib. Fərid İsmayılzadə Azərbaycan, Gürcüstan və Orta Asiyada həyata keçirilən layihələrdən, o cümlədən, ilkin inkişaf fazasında olan startaplara göstərilən toxum maliyyələşməsindən və beynəlxalq əməkdaşlıqdan danışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA