Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlama zamanı "Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası" fəaliyyət növü üzrə lisenziyaya malik Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən "Qızıl Əllər" MMC-də ilkin yanğınsöndürmə vasitəsi olan yanğınsöndürən balonların doldurulması və ya tərkibinin yenilənməsində istifadə olunan quru kimyəvi toz maddələrdən götürülmüş nümunələr Fövqəladə Hallar Nazirliyinin Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasında laborator müayinələrdən keçirilib. Laboratoriya sınaqlarının nəticəsində məlum olub ki, sözügedən maddələrin kimyəvi tərkibi normativ tələblərə cavab vermir və yanğınların söndürülməsində yararsız olmaqla yanaşı insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Qeyd edək ki, baş verə biləcək yanğınların söndürülməsi zamanı kimyəvi tərkibi norma və standartların tələblərinə cavab verməyən maddələrlə doldurulmuş və ya belə maddələrlə tərkibi yenilənmiş yanğınsöndürmə balonlarından istifadə insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.
Qeyd olunanları nəzərə alaraq, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə"nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, lisenziya üzrə fəaliyyət sahəsində ciddi qanun pozuntusuna yol vermiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən "Qızıl Əllər" MMC-nin yanğınsöndürmə balonlarının doldurulması və ya tərkibinin yenilənməsi üzrə fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və aşkar olunmuş pozuntuya hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanına müraciət olunub.
Bununla yanaşı, sözügedən məsələ ilə bağlı "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən, fəaliyyət növünün həyata keçirilməsi zamanı "Qızıl Əllər" MMC tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarının aşkar olunması səbəbindən lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərilib.
FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Nazirlik Bakıda klinikanın fəaliyyətini məhdudlaşdırıb - VİDEO
Sumqayıtdakı güclü yanğın nədən başlayıb? - Nazir ilkin səbəbini açıqladı
Bakıda "Metro-Citu" ticarət mərkəzində güclü yanğın olub - FOTO
Yardımlıda meşə yanğınının söndürülməsinə helikopter cəlb edildi
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Tramp Putinlə danışıqların çox yaxşı keçdiyini deyib
KİV: Tramp Müctəba Xameneinin öldürülməsini dəstəkləyə biləcəyini bildirib
dafiə Nazirliyi 1 nömrəli səfərbərliklə bağlı açıqlama yaydı
İranda son durum: Qum şəhəri bombardman edildi
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşır
Rəsmi Bakının İrandan Naxçıvana dron hücumu ilə bağlı bəyanatı: Azərbaycan cavab tədbirləri hüququnu özündə saxlayır
İran Naxçıvan aeroportuna dron hücumu etdi
Xameneinin ailəsindən yalnız onlar sağ qaldı
BMT Əfqanıstan-Pakistan münaqişəsində ölənlərin sayını açıqladı
ABŞ diplomatı: İranla 47 illik müharibəyə son qoyuruq
Bu gün Od çərşənbəsidir
İctimai nəqliyyatda onlara güzəşt ediləcək - 90 dəqiqə pulsuz
Ermənistan-İran avtomobil yolu bağlandı
Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
ABŞ və İran arasında nüvə diplomatiyası: Növbəti dayanacaq Vyanadır
Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanları dərin ehtiramla yad olunub
Edam Kötüyü XOCALI
Mehriban Əliyevadan Xocalı soyqırımı ilə bağlı PAYLAŞIM
Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı PAYLAŞIM
Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ
ABŞ diplomatlarına bu ölkəni tərk etməyi tapşırdı
Bu gün Novruzun ilk - Su çərşənbəsidir
Qərar masadadır – İlkin olaraq 2001-ci ilədək tikilən evlərə kupça veriləcək
KİV: İran Rusiyadan 500 milyon avroluq raket sistemləri alacaq
Təbii qazın dəyəri artdı
Gümüşün qiyməti 82 dolları keçdi
Martda 17 gün iş olmayacaq - Maaş belə hesablanacaq
Bələdiyyə sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir
Sülh sazişi ətrafında növbəti oyun: Ermənistan üçün son şans bitir - MÜSAHİBƏ
Ramiz Mehdiyevin partiyadan xaric edilməsi məsələsinə qurultayda baxılacaq – AÇIQLAMA
İran nüvə proqramını sülh məqsədləri üçün davam etdirəcək - Araqçi
Fevralın 17-sinin hava PROQNOZU
Azərbaycanda hərbi xidmətə MÜHÜM DƏYİŞİKLİK – 3 ildən 6 ayadək
Binalarda təhlükəsizlik məsələsi: Sakinlər bu şərtlərə mütləq əməl etməlidir - XƏBƏRDARLIQ
Ərdoğanın BƏƏ səfəri təxirə salınıb
Heydər Əliyev Mərkəzində “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açılıb
Arayik Harutyunyan ömürlük, daha 7 nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edildi - YENİLƏNDİ/FOTO
Ceyhun Bayramov: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə bu adla tanınır
İran ətrafında vəziyyət dəyişir - Şaraa da qisas mesajı verdi
Bakıdakı hərbi caniləri müdafiə edənlər şərt irəli sürürlər - Seyidov faktları açıqladı
Yeni Klinikada xəstənin ölümündə təqsirli bilinən həkimin məhkəməsi başlayır
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi