Ağcabədidə ev yanıb, biri polis olmaqla ailənin üç üzvü yanaraq ölüb
Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.
Hadisə baş verən evdə
3 nəfər yanaraq ölüb.
Bunlar 1990-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, 10 aylıq oğlu Kərimov Pünhan Miri oğlu və 1994-cü il təvəllüdlü Kərimova Halə İsa qızıdır.
Həlak olanlar bir ailənin üzvləridir. Kərimov Miri post patrul xidmətinin komandiridir.
Yanğın söndürülüb, səbəbləri araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.