sedanews.az
sedanews.az

Qazın qiyməti yenidən arta bilər? – Rəsmi

27-10-2021, 14:19 356 dəfə baxılıb

Qazın qiyməti yenidən arta bilər? – Rəsmi

Azərbaycanda qazın qiymətinin bir ildə iki dəfə bahalaşması təbii qazın topdan satış qiymətinin bahalaşması ilə bağlıdır.
Bunu Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
O qeyd edib ki, qazın topdan satış qiyməti pərakəndə satışa təsir edir:
"Qazın topdan satış qiymətində dəyişiklik edilməsi avtomatik olaraq pərakəndə satış qiymətini də dəyişir. Biz qazın pərakəndə satışını həyata keçirən təşkilatıq. Əgər nə vaxtsa qazın topdansatış qiymətində dəyişiklik olarsa, bu proses qazın pərakəndə satışına da təsirini göstərəcək".
Xatırladaq ki, Azərbaycanda son tarif dyişikliyinə əsasən qazla bağlı isə əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA