sedanews.az
sedanews.az

Koronadan da qoruyur: əməköməcinin faydaları

8-07-2021, 15:57 27 dəfə baxılıb

Koronadan da qoruyur: əməköməcinin faydaları



Bağ və bostanlarda, əkin sahələrində alaq otu kimi bitən bu bitki bir çox dərdinizin dərmanına çevrilə bilər.
 Əməköməci A, B, C, E vitaminləri və kalsium, çinko, maqnezium, potasium kimi minerallarla zəngin olmaqla yanaşı, həm də təbii proteindir.
Türkiyəli professor İbrahim Saraçoğlu əməköməcinin koronavirusdan qoruduğunu da bildirib. Onun sözlərinə görə, əməköməcini adaçayı ilə birlikdə dəmləyib içmək virusun bədənə yayılmasının qarşısını alır.
Əməköməcinin faydaları saymaqla bitməz. İltihab əlehinə vasitə olan bu bitkidən dəridəki çibanların, yaraların ağrılarını sakitləşdirmək üçün istifadə olunur. Sinəni yumşaldır, bəlğəmgətiricidir, təngnəfəsliyi aradan qaldırır və öskürəyi kəsir. Bu səbəbdən özəlliklə qış aylarında əməköməcinin özündən və qurusundan istifadə etmək lazımdır.
Əməköməci bitkisinin tərkibində olan malvin adlı maddə çox güclü mikrob və bakteriyaöldürücü xüsusiyyətə malikdir. Məsələn, ağızda əmələ gələn yaralar gec sağalırsa, tez-tez angina baş verirsə, bir dəstə əməköməcini çeynəyib suyunu udmaq yaxşı təsir edir.
Mədə və bağırsaqların düzgün işləməsini tənzimləməsi də əməköməcinin faydaları arasındadır. Mədə bulanmasının və qusmaların qarşısını alır, qastriti, ülsəri (mədə yarası), mədə ağrılarını aradan qaldırır.
Tərkibindəki E vitamini sayəsində yaşlanmağı gecikdirir, üz dərisindəki quruluğu aradan qaldırır və qırışların yaranmasını əngəlləyir. Həmçinin saç tökülməsinə qarşı böyük faydaları var.
Əməköməcinin qızdırmanı salma, orqanizmə rahatlıq gətirmə xüsusiyyəti də var. Boğaz və badamcıq iltihablarını aradan qaldırır. Zökəm, qrip, göy öskürək, bronxit kimi xəstəliklərin müalicəsində əvəzsiz vasitədir. Ağciyər xərçənginin müalicəsində də ondan geniş istifadə olunur.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA