Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq.
"Report"un xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir.
Belə ki, təklif olunan dəyişikliklə dərman vasitələrinin dövlət reyestri (bundan sonra – dövlət reyestri) həyata keçiriləcək.
Qeyd edək ki, dövlət reyestri
- bu qanuna uyğun olaraq Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.