sedanews.az
sedanews.az

İsveçrə istehsalı “Diprospan” dərmanının bəzi seriyaları geri çağırılıb

17-02-2023, 11:47 549 dəfə baxılıb



  İsveçrənin “Diprospan” ticarət adlı dərman vasitəsinin bəzi seriyaları geri çağrılıb.
Bu barədə REAL-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mərkəz tərəfindən Azərbaycan Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 9.1 bəndi rəhbər tutularaq, U038559 seriyalı, son istifadə tarixi 10/2023 olan, W002245 seriyalı, son istifadə tarixi 11/2023 olan, W009991 seriyalı, son istifadə tarixi 01/2024 olan, W015391 seriyalı, son istifadə tarixi 03/2024 olan, W025079 seriyalı, son istifadə tarixi 06/2024 olan və W033463 seriyalı, son istifadə tarixi 08/2024 olan olan “Diprospan” ticarət adlı (1 ml of suspension contains: betamethasone dipropionate – 6.43 mg (eq. to 5 mg betamethasone), betamethasone sodium phosphate (eq. to 2 mg betamethasone) – 2.63 mg tərkibli inyeksiya üçün suspenziya 1 ml, şüşə ampullarda №5, plastik qablaşmada, karton qutuda) dərman vasitələri geri çağrılıb.
   Qeyd edək ki, adıçəkilən dərman vasitəsinin yalnız həmin seriyalarının “Organon Central East GmbH, İsveçrə” şirkəti tərəfindən könüllü olaraq geri çağrılması haqqında müraciətə əsaslanaraq geri çağırılması, topdan və pərakəndə satışının və idxalının qadağan edilməsi haqqında qərar qəbul edilib.
Bu o deməkdir ki, sözügedən dərman vasitəsinin yalnız göstərilən seriyaları ilə buraxılmış dərman vasitələri istifadəyə yararsızdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA