Sabah Vətən müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək
Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncam imzalayıb.Axar.az sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.