sedanews.az
sedanews.az

Arestoviç istefasından danışdı

18-01-2023, 12:28 262 dəfə baxılıb


   Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç işdən çıxarıldığına görə peşman olmadığını bildirib. Onun sözlərinə görə, insanlara informasiya və psixoloji dəstəyi üçün daha çox vaxtı olacaq.
   Xəbər verir ki, o, bunu “Feigin Live” kanalında deyib.
“İndi tamamilə azad insanam”, - Arestoviç bildirib.
   O qeyd edib ki, rüşvətxorluq, hətta basqın da daxil olmaqla, ən ağır cinayətlərdən sonra da vəzifəsini tərk etməyən müəyyən təbəqəyə nümunə göstərmək istəyib:
“Qərara gəldim ki, qalmaq yerinə getməyin necə sivil forma olduğunu göstərim. Mənim Prezident Ofisi ilə heç bir münaqişəm yoxdur”.
    Arestoviç Vladimir Zelenskinin fəaliyyətinə kömək edən qurumu, eləcə də ölkənin hərbi-siyasi rəhbərliyini dəstəklədiyini deyib:
   “Nə qədər ki, müharibə gedir, tam dəstək verəcəm. Müharibədən sonra baxacağıq”.
O vurğulayıb ki, bundan sonra daha çox verilişlərdə görünəcək.
  Qeyd edək ki, yanvarın 15-də axşam A.Arestoviç “Feigin Live” Yutub kanalının efirində Dneprdə yaşayış binasının bir hissəsini dağıdan raketin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu və nəticədə çoxmərtəbəli binanın üzərinə düşərək partladığını bildirmişdi.
Rusiya onun bu açıqlamasından Ukraynaya qarşı istifadə edib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Dneprdəki vəziyyəti şərh edərkən A.Aretoviçin sözlərindən sitat gətirib.
  Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı A.Arestoviçin sözlərini tez bir zamanda təkzib edərək bildirib ki, Rusiyanın atdığı “X-22” raketlərini vurmaq üçün Ukrayna hərbçilərinin vasitələri yoxdur.
  Bundan sonra Arestoviç istefa verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA