sedanews.az
sedanews.az

Özbaşına zəbt olunan torpaqlarla bağlı dövlət xidməti tərəfindən tədbirlər görülür

30-04-2021, 16:48 423 dəfə baxılıb

Özbaşına zəbt olunan torpaqlarla bağlı dövlət xidməti tərəfindən tədbirlər görülür

Ölkə ərazisində torpaqlardan qanunvericiliyə zidd istifadə halları ilə bağlı monitorinqlər və torpaq reydləri keçirilir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, cari ilin ilk rübü ərzində torpaq müfəttişləri tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 607 hal aşkar edilib, 354 inzibati protokol tərtib edilib.
Aparılan monitorinqlərin nəticəsinə görə, ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları 191 fakt olmaqla Bakı şəhərinin payına düşüb.
Bu sahədə qanunazidd hadisələrin xarakteri və məqsədləri ayrı-ayrı regionlar üzrə bir-birindən fərqlənir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsasən yaşayış məqsədli tikinti işlərinin aparılması kimi pozuntular daha çox Abşeron rayonundadır.
Abşeron rayonunun bir neçə qəsəbəsində vətəndaşların mülkiyyətinə verilmiş pay (əkin) torpaqlarında təyinatına zidd olaraq fərdi yaşayış evlərinin inşası aparılıb.
Bakının Xəzər və Binəqədi rayonlarında kənar şəxslər tərəfindən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi halları aşkar olunub. Tikinti məqsədilə ayrılmayan torpaq sahələrində aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər görülüb.
Problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisidir. Paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarında belə hallar müşahidə edilib.
Qeydə alınan pozuntu hallarının qarşısının alınması ilə əlaqədar aşkar edilmiş faktlar aktlaşdırılıb, bu barədə aidiyyəti üzrə müvafiq qurumlara və hüquq-mühafizə orqanlarına məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA