sedanews.az
sedanews.az

Ukraynaya kütləvi raket hücumu: ölən və dağıntılar altında qalanlar var - YENİLƏNİB - 2

23-01-2024, 12:18 120 dəfə baxılıb

  Ukraynaya kütləvi raket hücumu nəticəsində 5 nəfər həlak olub.
REAL xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Hadisə nəticəsində 40 nəfərin xəsarət aldığı bildirilir. Ölən və yaralananların artacağı istisna edilmir.
***
 Ukraynaya kütləvi raket hücumu nəticəsində Xarkov şəhərində bir nəfər ölüb.
REAL Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.
Bundan başqa, Xarkovun Kiyevski rayonunda çoxmərtəbəli yaşayış binası vurulub. İnsanlar dağıntılar altında qalıb.
***
  Rusiya ordusunun Ukrayna ərazisinə kütləvi raket hücumu olub.
REAL-ın məlumatına görə, Rusiya ordusunun tərəfindən edilən hücum bu gün səhər yerli vaxtla 07.10 radələrində başlayıb.
Hazırda paytaxtda hava həyəcan siqnalları davam edir.
Bundan başqa, ölkəyə bombardmançı təyyarələrlə də hücum olub. Kiyevdə hava hücumundan müdafiə sistemləri işə düşüb.
  Məlumata görə, raket zərbələri nəticəsində ölkənin Svyatoşinski rayonunda park edilmiş avtomobillər yanıb. Təcili yardım xidmətləri hadisə yerinə gedir.
Xarkov şəhərinə hücum nəticəsində isə bir neçə uşaq və bir qadın yaralanıb. Raketlərdən biri qaz kəmərinə dəyib və partlayış olub.
  Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA