sedanews.az
sedanews.az

Parisdə rekord vuran Azərbaycan olimpiyaçıları Vətənə qayıdıb

13-08-2024, 12:00 130 dəfə baxılıb

  Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxışla yeni rekord vuran Azərbaycan millisi Vətənə qayıdıb.
  İdman. biz xəbər verir ki, idmançılar, o cümlədən, 5 Olimpiya mükafatçısı GİN və MOK rəhbərliyi, eləcə də nümayəndə heyətinin digər üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıb.
  Millimiz Fransa paytaxtında 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib çıxıb. Paris-2024-də cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Komandamız bu göstərici ilə tarixdə ilk dəfə Olimpiadanı 30-cu pillədə başa vurub.
  Qeyd edək ki, Olimpiya çempionlarımız daha öncə Vətənə qayıdıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA