sedanews.az
sedanews.az

Bakıda beynəlxalq konfrans keçiriləcək - REAL İNTERVYU

19-06-2023, 12:22 250 dəfə baxılıb


   MİNEPS VII konfransına 150-dən çox ölkədən nazirlər və vəzifəli şəxslər qatılacaq
İdman sahəsində hökumətlərarası təşkilatları, idman hərəkatlarını, ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və idman mütəxəssislərini bir araya toplayan UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransı (MİNEPS) dünyada bədən tərbiyəsi və idman sahəsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunur.
   2022-ci il oktyabrın 28-də Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında Ev sahibliyi haqqında Saziş imzalanmış və Azərbaycan 2023-cü ildə keçiriləcək Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına (MİNEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə ev sahibliyi etmək hüququ əldə edib.
Mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də “Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifə­li Şəxslərin VII Beynəlxalq Konfransının (MlNEPS VII) 2023-cü ildə Bakı şəhərin­də keçirilməsi ilə əlaqədar Təşkilat Ko­mitəsinin yaradılması haqqında” Sərən­cam imzalayıb. 
   Hazırlıqla bağlı aprelin 12-də Təşki­lat Komitəsinin ilk iclası keçirilib. İclasda MINEPS VII konfransına hazırlıq işləri barədə təqdimat dinlənilib və Təşkilat Komitəsinin üzvü olan aidiyyəti qurum­ların təmsilçiləri ilə müzakirələr aparı­lıb. Təşkilat Komitəsinin nəzdində işçi qrup fəaliyyət göstərir. Tədbirin yüksək səviyyədə təşkili üçün bütün məsələlər müvafiq sahələrə məsul qurumlarla koor­dinasiya olunur.
   Konfransın təşkili, əhəmiyyəti barədə “Real İntervyu”da GİN-in ictimaiyyətlə əlaqlər şöbəsinin müdiri Qabil Mehdiyev məlumat verib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA