Bill Qeytsdən Trampa sərt reaksiya: Bu təhlükəlidir!
Dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırmaq təhlükədir. Axar.az xəbər verir ki, bunu “Maykrasoft”un yaradıcısı Bill Qeyts sosial şəbəkə hesabında bildirib.
“ÜST-ün vəzifəsi koronavirusun yayılmasının qarşısını almaqdır. Onların bu vəzifəsinə mane olmaq düzgün deyil. Çünki ÜST-ü əvəz edəcək başqa bir təşkilat yoxdur. Hazırda dünyanın ÜST-ə çox ehtiyacı var”, - B.Qeyts deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün öncə ÜST-ə ayrılan maliyyə yardımının dayandırılması ilə bağlı göstəriş verdiyini açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.