sedanews.az
sedanews.az

Ukraynadan Rusiyaya ərazi iddiası: Kuban bizimdir!

27-12-2021, 11:32 608 dəfə baxılıb

Ukraynadan Rusiyaya ərazi iddiası: Kuban bizimdir!

Ali Radanın deputatı Aleksey Qonçarenko Kubanın geri qaytarılması ilə bağlı planının detallarını açıqlayıb.
Axar.az xəbər verir ki, o, bununla bağlı videomüraciət yayıb.
“Nə vaxt ki, ruslara Kubanın, ümumiyyətlə, Ukrayna torpağı olduğunu deyirsən, dərhal əsl isterika başlayır”, - deyə o bildirib.
Qonçarenko Ali Radaya Kubandan deportasiya qurbanlarının anım günü kimi 14 dekabrın qeyd edilməsi haqda layihə də təqdim edib. O, bunu ərazinin geri qaytarılmasında kiçik, ancaq inamlı addım adlandırıb.
Qonçarenko onu da bildirib ki, Krasnodar diyar hakimiyyəti onun sənədlə bağlı açıqlamalarına reaksiya verib.
Deputat Rusiyaya qarşı ərazi iddiasını parlamentdə də səsləndirib və Krasnodar diyarında “Ukrayna Kubanı” qurmaq çağırışı edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA