sedanews.az
sedanews.az

Consonun rus xalqına şok müraciəti

6-04-2022, 12:22 308 dəfə baxılıb

                      Consonun rus xalqına şok müraciəti 


Həqiqəti bilmək rus xalqının haqqıdır.
 Bu sözləri Böyük Britaniyanın Baş naziri Boris Conson rus xalqına videomüraciətində deyib.
“Ukraynanın Buça, İrpin və başqa yerlərində rus qoşunlarının törətdiyi vəhşiliklər dünyanı dəhşətə gətirdi. Dinc əhali qətlə yetirildi, qadınlara azyaşlı uşaqlarının gözü qarşısında təcavüz edildi. Hesabatlar o qədər sarsıdıcı və ürəkbulandırıcıdır ki, hökumətin onları sizdən gizlətməyi təəccüblü deyil. Prezidentiniz bilir ki, siz gerçəkləri bilsəniz, onun müharibəsini dəstəkləməyəcəksiniz. Bilir ki, bu cinayətlər oğlunu əsgərliyə yola salan hər bir rus anasının etibarına xəyanətdir”, - Conson deyib.
Conson müraciəti rus dilində sonlandırıb:
“Sizin prezidentiniz müharibə cinayətləri törətməkdə ittiham olunur. Mən inana bilmirəm ki, o, sizin adınıza hərəkət edir”.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA