İsveçrənin Davos şəhərində COVID-19 pandemiyası ilə əlaqədar iki illik fasilədən sonra Dünya İqtisadi Forumu yenidən işə başlayır.
Dünya İqtisadi Forumunun (WEF) bəyanatına görə, Ukrayna prezidenti Vladimir Zelenski sabah keçiriləcək xüsusi sessiyada videokonfrans vasitəsilə iştirakçılara müraciət edəcək.
Foruma Rusiyadan heç bir rəsmi dəvət olunmayıb.
Rəsmilər qeyd ediblər ki, beynəlxalq təşkilatlarda və beynəlxalq mediada çalışan bəzi Rusiya vətəndaşlarının Forumda iştirakına mane olmayıb.
Sonuncu dəfə 2020-ci ilin yanvarında 50-ci dəfə keçirilən və Davos Sammiti kimi tanınan Forum COVID-19 epidemiyası səbəbindən ardıcıl iki il təxirə salınıb və alternativ olaraq onlayn görüşlər keçirilib.Foruma 50 dövlət liderinin, 300 hökumət nümayəndəsinin və təxminən 2500 qlobal biznes rəsmisinin qatılacağı gözlənilir.
Mayın 26-da başa çatacaq WEF-in builki toplantısının mövzusu : “Tarixdə dönüş nöqtəsi: dövlət siyasəti və biznes strategiyaları”dır.
Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyenin də forum da iştirakı gözlənilir.
Sammit çərçivəsində mayın 23-26-da ictimaiyyətə “Açıq Forum” adı altında tədbir keçiriləcək.
Tədbirdə COVID-19 pandemiyasının təsirləri, Rusiyanın Ukraynaya təcavüzü və çoxtərəfliliyin Avropada sülh üçün oynadığı rol müzakirə olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.