Putin onu ABŞ-yə səfir göndərdi

Rusiya ABŞ-yə yeni səfir təyin edib.
sedanevs.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevi ABŞ-yə səfir göndərilib.
Qeyd edək ki, ABŞ tərəfi Aleksandr Darçiyevin Rusiyanın bu ölkədəki səfiri vəzifəsinə təyin olunmasına razılıq verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: