Moskva və Bakının birgə fəaliyyətinin istiqamətləri çoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Lideri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə deyib.
Rusiya dövlətinin başçısı qeyd edib ki, iqtisadi-ticari əlaqələr uğurla inkişaf edir:
“Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz ki, 4 milyarddan bir az çox (illik əmtəə dövriyyəsi - red.) yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialına uyğun deyil. Həqiqətən burada təkcə energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270 müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.