sedanews.az
sedanews.az

Korona xəstələrinin görüntüləri yayıldı, araşdırma başladı

8-06-2020, 11:17 2 069 dəfə baxılıb

Korona xəstələrinin görüntüləri yayıldı, araşdırma başladı







                Sosial şəbəkələrdə koronavirusa yoluxan xəstələrin görüntüləri yayılıb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, yayılan görüntülərin koronavirus xəstələri üçün ayrılmış xəstəxanaların birinin reanimasiya şöbəsində lentə alındığı deyilir.
İddia edilir ki, xəstələr COVID-19-a yoluxanlardır. Xəstələrin üzlərinin aydın görünməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, qurum mövcud vəziyyətdən xəbərdardır.
R.Əliyeva qeyd edib ki, görüntülər, həqiqətən, pandemiya əleyhinə xəstəxanada çəkilib:
“Bəli, görüntülər koronavirusla mübarizə çərçivəsində ayrılan pandemiya xəstəxanalarından birində çəkilib. Videogörüntülərdəki xəstələr COVİD-19-a yoluxanlardır. Təəssüf ki, xəstəxana işçilərindən kimsə vətəndaşların hüquqlarını tapdayaraq, bizim qoruduğumuz gizliliyi pozub. Bilirsiniz ki, COVİD-19 xəstələrini nəinki çəkmək, hətta adlarının açıqlanmasına belə icazə yoxdur.
TƏBİB bu məsələni ciddi nəzarətə götürüb. Çox güman ki, görüntülər xəstəxana əməkdaşları tərəfindən lentə alınıb. Hazırda şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Qanunvericilik çərçivəsində bu videonu çəkən şəxs barəsində cinayət işi başlanılacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA