Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sisteminin 80 faizi məhv edilib
Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sisteminin 80 faizi məhv edilib
İki həftə ərzində onların S-300 “Favorit” kimi qabaqcıl kompleksləri də daxil olmaqla, qısa, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemi vasitələrinin 80 faizi məhv edilib.
Bu barədə avia.pro-nun öz mənbələrinə istinadla yaydığı xəbərdən məlum olub.
Qeyd edilir ki, ilk günlərdə Azərbaycan həqiqətən də onlarla pilotsuz uçuş aparatını (PUA) itirib, lakin bu gün Azərbaycan ordusunun PUA-ları döyüş bölgəsini və Dağlıq Qarabağın bütün ərazisini asanlıqla tədqiq edə bilər, çünki erməni işğalçılarının artıq bu cür hədəflərlə mübarizə aparmaq üçün vasitəsi yoxdur.