sedanews.az
sedanews.az

Tezliklə Şuşada Azərbaycan bayrağı qaldırılacaq - Spiker

6-11-2020, 11:10 614 dəfə baxılıb

Tezliklə Şuşada Azərbaycan bayrağı qaldırılacaq - Spiker

Erməni vandalizmi nəticəsində işğal edilən əraziləmizin böyü bir hissəsi uğurlu hərbi əməliyyatlar nəticəsində azad olundu. Artıq Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan şəhərlərində, qəsəbə və kəndlərimiz işğaldan azad olunub.
Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə çıxışı zamanı deyib.
Spiker əlavə edib ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü təmin etmək üçün iş aparır:
“Qırx gündən artıqdır ki, hərbi əməliyyatlar gedir. Ermənilərin son 30 ildə yaratdığı cəbhə xətti darmadağın edilib, düşmənin hava hücumundan müdafiə sistemləri sıraadan çıxarılıb”.
Milli Məcliss sədri Azərbaycanın ciddi diplomatik uğurlar da əldə etdiyini vurğulayıb, xatırladıb ki, məhz bu fəaliyyətin nəticəsində Ermənistan pis vəziyyətə düşüb.
Spiker qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini təmin edəcək gün uzaqda deyil:
“Tezliklə Şuşa şəhərində, həmçinin Xankəndində, Laçında Azərbaycan bayrağı qaldırılacaq. Prezidentin yorulmaz fəaliyyəti hər bir kəsə-biz deputatlara da nümunədir. Ali Baş Komandan dediyi kimi biz haqq yolundayıq, qalib gələcəyik, haqq uğrunda mübarizə aparırıq. Yaşasın Azərbaycan Ordusu! Qarabağı Azərbaycandır!
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA