sedanews.az
sedanews.az

Zaxarova Ermənistanda azərbaycanlılar “tapdı”

11-12-2020, 14:57 473 dəfə baxılıb

Zaxarova Ermənistanda azərbaycanlılar “tapdı”

Rusiya Xarici İşlər Nazirliyinin azərbaycanlıların yaxşı tanıdığı məşhur rəsmisi Mariya Zaxarova bugünkü mətbuat konfransında kifayət qədər təəccüblü sayıla biləcək açıqlamalar verib.
Axar.az xəbər verir ki, Zaxarova azərbaycanlı və ermənilərin Azərbaycan və Ermənistan ərazisində birgə yaşamaları ilə bağlı “pozitiv təcrübə”nin olduğunu bildirib.
Xanım diplomat iddia edib ki, tərəflərin maraqlarını birləşdirmək yollarını axtarmaq lazımdır.
Zaxarova əlavə edib ki, Rusiyanın vasitəçilik səyləri sayəsində qan tökülməsi dayandırıldı, qaçqın və məcburi köçkünlərin geri qaytarılması və iqtisadi əlaqələrin blokadadan çıxarılması barədə razılıq əldə edildi:
“Azərbaycan və Ermənistana əhalinin normal həyat şəraitinin yaradılmasında kömək etmək üçün humanitar mərkəz yaradıldı. Xalqlar arasında dialoqun qurulması üçün real şərtlər yaradılır. Fikir ayrılıqlarını aradan qaldırmanın yeganə mümkün yolu budur. Gündəliyə biznesmenlər, alimlər, jurnalistlər - ümumiyyətlə, vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələrin qurulması daxil edilməlidir. Bütün bunlar dövlət rəhbərlərinin siyasi iradəsi ilə mümkündür”.
Qeyd edək ki, Bakıda 30 min erməninin olması barədə rəsmi faktlar var və bu fakt hansısa mərhələdən sonra – Azərbaycan vətəndaşlığını qəbul edən, separatizmə qoşulmayan və terrorçuluqdan uzaq olan ermənilərin Qarabağda da normal yaşamasını şərtləndirən səbəbdir. Ancaq Ermənistan 1988-ci ildə 256 min azərbaycanlını öz dədə-baba torpaqlarından qovub və bu ölkədə bircə nəfər də olsun, azərbaycanlı yoxdur. Ümumiyyətlə, Ermənistan monoetnik ölkədir və bu fakt bütün dünyaya bəllidir. Bu baxımdan Zaxarovanın “Ermənistan ərazisində azərbaycanlı və ermənilərin birgə yaşam təcrübəsinin” mövcudluğundan danışması olduqca təəccüblüdür.
Əgər xanım Zaxarova Ermənistanda yaşayan azərbaycanlı icması haqda nəsə bilirsə, bunu Azərbaycan xalqına da elan etsə, çox xoşbəxt olardıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA