sedanews.az
sedanews.az

16 regionda DOST mərkəzləri açılacaq - RƏSMİ

30-03-2021, 15:34 33 dəfə baxılıb

16 regionda DOST mərkəzləri açılacaq - RƏSMİ

“Bu gün açılışı olan 4 saylı DOST Mərkəzi Bakının Binəqədi və Nərimanov rayonlarında yaşayan sakinlərə xidmət göstərəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, nazirlik tərəfindən vətəndaşlara dövlət sosial xidmətlərin bir pəncərədə, bir məkanda göstərildiyi, əsas məqsədi vətəndaş məmnunluğunu, sosial xidmətlərə əlçatanlığı özündə ehtiva edən DOST Mərkəzlər şəbəkəsi genişlənir:
“İndiyə qədər 1, 2, 3 saylı DOST Mərkəzlərindən ümumilikdə 330 mindən xidmətlərdən yararlanıb. Onların məmnunluq səviyyəsi 97,2 faizdir”.
O qeyd edib ki, DOST Mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi qarşıda duran prioritetlərdəndir:
“2025-ci ilə qədər 16 regionda DOST Mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, 46 qəbul şöbəsi də fəaliyyət göstərəcək mini DOST Mərkəzləri olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA