sedanews.az
sedanews.az

Qarabağda yeni Milli Park yaradılır

24-05-2021, 12:01 416 dəfə baxılıb

Qarabağda yeni Milli Park yaradılır

İşğaldan azad edilən ərazilərimizdə yeni Milli Park yaradılacaq.
Axar.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.
Onun sözlərinə görə, hazırda ərazilərin minalardan təmizlənməsi işləri aparılır:
“Ərazilər mina və partlamamış sursatlardan təmizlənəndən sonra ərazidə yeniliklər nəzərdə tutulub. Hazırda təmizlənmiş əırazilərə baxılır. Eyni zamanda həmin ərazilərin sərhədlərinə baxılır. Çünki xəritələr köhnə sovet dövrünün xəritələridir. Bu işlər bitəndən sonra ola bilsin ki, həmin yerlərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına başlansın. Məsələn, Qarabağ bölgəsində yeni Milli park yoxdur. Gələcəkdə orada Milli parkın yaradılması planlaşdırılır. Hələ ki, Milli Parkın yaradılacağı ərazi müəyyən edilməyib”.
A.Səmədova deyib ki, yeni Milli Park qoruqların ərazisində də yaradıla bilər:
“Amma hazırda Kəlbəcər ərazisində ümumiyyətlə xüsusi mühafizə olunan təbiət ərazisi yoxdur. Kəlbəcərdə xüsusi mühafizə olunan ərazinin yaradılması məsələsinə baxıla bilər. Kəlbəcərdə elə xüsusi növ var ki, o növün qorunmasına ehtiyac var. Bu prosesdə alimlərin də fikirləri nəzərə alınacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA