Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov paytaxt Kişineu şəhərinin meri İon Çeban ilə görüşüb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, səfirliyin təmir-tikinti işləri yekunlaşmış yeni kompleksi ilə tanış olan İ.Çeban kompleksin bir hissəsi olan kiçik bağçada Ulu öndər Heydər Əliyevin büstünün ucaldılması, Azərbaycan guşəsinin yaradılması və ölkəmizin dahi şəxsiyyətlərinə həsr edilmiş barelyeflərin quraşdırılmasının Kişineu şəhərinin gözəlliyinə töhfə verdiyi, kompleksin Kişineu şəhərinin memarlıq incisinə çevrildiyi və paytaxt sakinlərinin heyranlıqla izlədiyini bildirib. Daha sonra o, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında müstəsna xidmətlərindən bəhs edərək səfirliyin qarşısında ucaldılmış ümummilli liderin büstü önünə gül dəstəsi qoyub.
Görüşdə İ.Çeban Azərbaycan-Moldova münasibətlərinin genişləndirilməsi çərçivəsində hər iki ölkənin paytaxtları arasında əməkdaşlıq müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Paytaxt Bakıda bir neçə dəfə olduğunu qeyd edən Kişineu meri müasir binalarla, eləcə də tarixi tikililərlə zəngin paytaxtımızın gözəlliyindən təsirləndiyini, Bakının siyasi, iqtisadi, mədəniyyət və idman tədbirlərinin mərkəzinə çevrildiyini dilə gətirib. İki şəhər arasında təmasların dərinləşməsi məqsədilə İ.Çeban Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.
Eyni zamanda, görüşdə İ.Çeban tərəfindən azərbaycanlı həmkarının cari ilin 13-17 oktyabr tarixində Kişineu şəhərində keçiriləcək iqtisadi forum, Kişineu şəhəri günü və şərab festivalına dəvəti müzakirə edilib. O, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə iş adamlarından ibarət nümayəndə heyətinin tədbirlərə dəvət edilməsində maraqlı olduğunu dilə gətirib, rəsmi dəvət məktublarının yaxın gələcəkdə səfirlik vasitəsilə ünvan sahiblərinə göndərilməsini xahiş edib.
Bundan əlavə, görüşdə iyul ayında Moldovadakı səfirliyin qarşısındakı bağçada dahi Azərbaycan şairi Nizami Gəncəvinin barelyefinin təntənəli açılışının keçirilməsi ilə bağlı razılığa gəlinib, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ombudsman yaralı hərbçilərə baş çəkdi
Binəli Yıldırım Şəhidlər Xiyabanında
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Başçı müavini vəzifəsindən azad edildi - Sərəncam
Tələbə vaxtı diplom işimin mövzusu bu idi - Prezident
Milli Məclisin iclası başladı
Bu baş versə, ölkəmizdə heç kəs bunu hiss etməyəcək
“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, reyestr yaradılacaq
Avropada qaz anbarı böhranı: Qış mövsümü öncəsi enerji təhlükəsizliyi Rrk altında
Şuşada IV Qlobal Media Forumu keçiriləcək
Türkiyə və İran XİN rəhbərləri atəşkəsi müzakirə edib
Pulsuz bank kartı alanların nəzərinə - Bu şərtləri mütləq oxuyun
Prezident İlham Əliyev Gürcüstanla bağlı sazişi təsdiqlədi
Xırdalanın sabiq bələdiyyə sədri hakim qarşısına çıxarılır: Külli miqdarda mənimsəmə...
Gecə yarısı genişmiqyaslı hücum: Rusiyanın bir neçə regionunda yüzlərlə PUA zərərsizləşdirilib
Ceyhun Bayramov: Azərbaycan Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb
ABŞ-ın Tehran-Məşhəd dəmir yolu xəttini vurub, qatarların hərəkəti dayandırılıb
Ночная атака БПЛА: ВСУ ударили по НПЗ в Поволжье, Татарстане и военному аэродрому под Воронежем
Ərdoğan: Türkiyənin müdafiə sənayesinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır
Türkiyə 2030-cu ilədək hərbi büdcəsini əhəmiyyətli dərəcədə artıracaq
Liderlər ailə fotosu çəkdirdilər
Zəfər yollarından doğma evlərə: Kiçik Qaladərəsi, Quzeyxırman və Güneyxırman sakinləri 30 ildən sonra Yurdlarına qovuşdu
İran yenidən Bəhreyndəki ABŞ mövqelərinə raket zərbələri endirib
İran XİN: ABŞ qarşılıqlı anlaşma memorandumunu kobud şəkildə pozub
Vətən fədailərinin şərəfli ömür yolu
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib - (Foto)
Ukrayna Rusiya hərbi obyektlərinə zərbələr endirib
Gəncləri rayona qaytarmağın yolu... - Ekspert
İyul ayında hansı ərzaqlar ucuzlaşacaq? – İstehlakçılar üçün ŞAD XƏBƏR
Tiflisə gedən qatarlara əlavə 3 vaqon qoşulacaq: Burada biletlər daha ucuzdur
Vətən sizə oğul dedi!
Ankarada 36-cı NATO Sammiti bu gün Müdafiə Sənayesi Forumu ilə başlayır - FOTO
Misir və Azərbaycan arasında vizasız rejim tətbiq olunacaq?
Media savadlılığı regionlarda təşviq olunacaq
Dünyanın ən böyük hərbi qərargahı müsəlman ölkəsində açıldı
Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransda birgə Bəyannamə qəbul olunub
Pafoslu çıxışlar və boş vədlər: Məmur məsuliyyətsizliyinin dövlətə və xalqa zərbəsi
Sertifikasiyadan keçə bilməqən müəllimlər üçün xoş xəbər
Şuşa zirvəsinin xüsusi təyinatlı fatihi: Şəhid İsmayıl Qəsəbov
İcbari tibbi sığorta ilə bağlı ödənişin məbləği dəyişir
TƏBİB-in icraçı direktorunun müavini bu şəxs OLDU
Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi