sedanews.az
sedanews.az

Azərbaycanda məşhur istirahət mərkəzinin rəhbəri həbs edildi - FOTO

11-08-2021, 15:12 465 dəfə baxılıb


Azərbaycanda məşhur istirahət mərkəzinin rəhbəri həbs edildi - FOTO



Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən nəzarət-profilaktik tədbirlər daim diqqət mərkəzində saxlanılır.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən növbəti yoxlamalar zamanı Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən “Atlant” İstirahət və Əyləncə mərkəzində epidemiya əleyhinə karantin rejiminin kobud şəkildə pozulması halları aşkar olunub. 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin mərkəzin rəhbərliyi Tahir Qədəşov, onun qohumu Azər Qədəşov, eləcə də karantin qaydalarının pozulmasına şərait yaradan xidməti personal müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət İşi başlanılıb.
“Atlant” İstirahət və Əyləncə mərkəzinin rəhbərlərindən biri Azər Qədəşov həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə tədbirlər görülüb və onların hər biri cərimə ediliblər.
Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“Vətəndaşlardan və ictimai iaşə obyektləri sahiblərindən, habelə fəaliyyətinə icazə verilən digər qapalı məkanların rəhbərlərindən tələb olunur ki, sanitar-karantin rejimi qaydalarına tam əməl etsinlər. Əks halda bu qaydaları pozan şəxslər barəsində qanunla nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək”, - DİN-in məlumatında qeyd edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA