sedanews.az
sedanews.az

Bu gün şəhid Rauf Cahangirovun doğum günüdür

31-08-2021, 13:11 416 dəfə baxılıb

Bu gün şəhid Rauf Cahangirovun doğum günüdür 




Bu gün şəhid Cahangirov Rauf Xəyyam oğlunun doğum günüdür.
Oxu.Az-ın məlumatına görə, R.Cahangirov 1998-ci ildə Astara rayonunun Maşxan kəndində anadan olub.
2015-ci ildə Maşxan kənd orta məktəbini bitirən R.Cahangirov 2015-2019-cu illərdə Lənkəran Dövlət Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2020-ci illərdə Ağdam rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.
Xidmətini şərəflə başa vurduqdan cəmi üç ay sonra könüllü orduya yazılıb və 21 sentyabrdan təlimlərə qatılıb. 
Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Zəngilan və Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. 
Döyüşlər başlanandan bir müddət sonra 47 gün ərzində şəhidimizdən heç bir xəbər olmayıb. Sonradan əsgərin şəhid xəbəri gəlib.
Bildirilib ki, R.Cahangirov noyabrın 2-də Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. 
Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və daha üç medal ilə təltif edilib. 
Şəhid 17 dekabr 2020–ci ildə doğulub boya-başa çatdığı Maşxan kəndinin qəbiristanlığında dəfn olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA