Füzuli Hava Limanına beynəlxalq status verilib
Füzuli Hava Limanına beynəlxalq status verilib.
Milli.Az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərənamda deyilir:
1. Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Füzuli Hava Limanına bu Sərəncamın 1-ci hissəsi ilə beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.