“Böyük qayıdış” kitabının təqdimatı oldu
Kitab Prezident İlham Əliyevin azad olunan rayonlara səfərlərinə həsr olunub
Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Böyük qayıdış” kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə tanınmış tarixçilər, Millət Vəkilləri, məmurlar və digər rəsmilər həmçinin Vətən Müharibəsi qaziləri iştirak etdilər.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, yeni kitab Qələbədən sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərlərinə həsr olunub.
Qeyd edək ki, "Böyük Qayıdış" kitabında azad edilən ərazilərdəki bərpa işləri, burada tam yeni infrasrukturun yaradılması və məcburi köçkünlərin öz döğma yurd-yuvalarına qayıdışı prosseslərinin öyrənilməsində mühüm rol oynayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.