Araz Nəsirov: “Azərbaycanın bölgələrində ixtisaslaşmış həkim çatışmazlığı var”
Azərbaycanın bölgələrində ixtisaslaşmış həkimlərin çatışmazlığı ilə üzləşirik.
Oxu.Az xəbər verir ki, bu baədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) tərəfindən “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda keçirilən tədbirdə İTSDA-nın Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda əsas multidisiplinar xəstəxanalar Bakıda yerləşir:
“Bu səbəbdən də regionlardan insanlar tibbi xidmət almaq üçün Bakıya üz tuturlar. Bizim məqsədimiz odur ki, bölgələrdə də multidisiplinar xəstəxanalar yaradaq və regionlardan insanların Bakıya gəlməsinə ehtiyac qalmasın”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.