sedanews.az
sedanews.az

Estoniyalı deputatlar Xocalı soyqırımını qınayan bəyanat yayıblar

23-02-2022, 15:00 395 dəfə baxılıb


Estoniya xalqının təmsilçilər məclisi olan Riyqikoqunun Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupu Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıblar.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bəyanatda bildirilib ki, deputat qrupu Xocalı qətliamı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşür və dərin hüznlə başsağlığı verir: “Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 600-dən çox dinc sakinin, o cümlədən çoxlu sayda qadın, uşaq və qocanın qətlə yetirilməsi ilə müşayiət olunan Xocalının işğalını qətiyyətlə pisləyirik. Bu kütləvi qətliamı törətmiş cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar”.
Bəyanat müəllifləri hesab edirlər ki, regiondakı bütün dövlətlərin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var.
“Biz tərəflərə regionun bərpasında güc diləyir və müxtəlif icmalar arasında sıx əməkdaşlığa çağırırıq. Biz Azərbaycan Respublikasının sabit sülhün təmin edilməsinə, işğaldan azad edilmiş ərazilərin inteqrasiyasına və bərpasına yönəlmiş səylərini dəstəklədiyimizi bildiririk”, - estoniyalı deputatlar vurğulayıblar.
Qeyd edək ki, Sven Sesterin başçılıq etdiyi deputat qrupuna Xocalı soyqırımının 30-cu ildönümünə münasibət bildirməsi təşəbbüsü ilə Estoniya- Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev müraciət edib.
Bəyanat Riyqikoqunun rəsmi saytında yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA