sedanews.az
sedanews.az

”Biz atamızla qürur duyuruq” (VİDEO)

11-04-2022, 14:45 350 dəfə baxılıb


            Qubada şəhid övladları üçün vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətən Naminə Şəhid Ailələrinə dəstək ictimai birliyi və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Qubada şəhid övladları üçün vətənpərvərlik mövzusunda tədbir keçirildi. Rayon icra hakimiyyəti, şəhid ailələri, qazilər və ictimaiyət nümayəndələrinin iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd şəhid övladlarına dövlət qayğısını bir daha hiss etdirməkdir.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbə nəticəsində tarixi ədalətin bərpa edildiyini, rəşadətli ordumuzun göstərdiyi şücaətin əsl qəhrəmanlıq nümunəsi olduğunu, igid və mərd oğullarımızın qəhrəmanlıqla vuruşduğunu xüsusi qeyd etdilər. Bildirildi ki, bu amal uğrunda canından keçən qəhrəmanlar hər zaman xalqımızın qəlbində yaşayacaq. Onların ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunacaq.
Tədbirdə şəhid övladları vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirdi. Sonda Vətən Naminə Şəhid Ailələrinə dəstək ictimai birliyi tərəfindən şəhid övladlarına hədiyyələr təqdim edildi.
  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA