sedanews.az
sedanews.az

Mixail Qusman: Şuşada qurultayın keçirilməsi tarixi hadisədir

21-04-2022, 15:51 254 dəfə baxılıb



   Dünya Azərbaycanlılarının V Qurultayı”nın Şuşada keçirilməsi böyük tarixi hadisədir. Biz uzun illərdir ki, bu hadisəni gözləyirdik və dua edirdik”.
Bu fikirləri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda azərbaycanlı tələbələrlə görüşü zamanı TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirdi..

"Şuşanın dünya Azərbaycanlılarının 5-ci Qurultayı kimi böyük bir tədbiri qarşılaması böyük hadisədir. Bu tədbirin Şuşada keçirilməsi möhtəşəmdir. Azad olunmuş Şuşada. Biz prezidentin çıxışını gözləyəcəyik, bilirəm ki, prezident də orda çıxış edəcək. Aşıq deyim ki indi sizlə danışıram, amma qorxuram ki, təyyarəyə gecikəm və Şuşaya da gecikəm. Mən ayın 22 –sini səbirsizliklə gözləyirəm. Çünki bu tarixi hadisədir. Bir anliq fikirləşin. DÜNYA AZƏRBAYCANLARININ QURULTAYı ŞUŞADA. Biz bunu neçə illər gözləmişik və dua etmişik. Mən indi bu haqda danışiram. Gözlərim yaşarır"

Universitetin Azərbaycanlı tələbə klubu tərəfindən təşkil olunan görüşdə Qusman Bakı ilə bağlı xatirələrini də bölüşdü. Qeyd etdi ki, Bakı - multikultural dəyərləri və ənənələri ilə unikal şəhərdir. Çıxışı zamanı Mixail Qusman Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə görüşünü də xatırladaraq onun tarixi şəxsiyyətlər sırasında ən yaddaqalan şəxs olduğunu vurğuladı.
Universitetin Azərbaycanlı tələbələri isə tanınmış jurnalistlə görüşdən məmnun olduqlarını bildirdilər:

Qeyd edək ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda azərbaycanlı tələbələrin Rusiyanın tanınmış ictimai və siyasi xadimləri ilə görüşü artıq ənənəyə çevrilib.

İQBAL RÜSTƏMOV
REAL TV, MOSKVA






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA