“Almaniya 1 milyondan çox ukraynalı qaçqını qəbul edib”.
“Report” xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Maksimilian Kall brifinq zamanı bildirib.
Onun sözlərinə görə, vətənlərindəki evlərini tərk edərək yanvarın 2-nə kimi Almaniyaya 1,046 milyon Ukrayna vətəndaşı gəlib:
“Onların təxminən üçdə biri uşaq və yeniyetmələrdir. Almaniyada Əcnəbilərin Mərkəzi Reyestrində qeydiyyatda olan Ukraynadan olan qaçqınların ümumi sayını sizə deyə bilərəm. Yanvarın 2-nə olan məlumata görə, 1 045 854 nəfər var”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.