sedanews.az
sedanews.az

“Laçın” bağlandı: antiterror əməliyyatı başlamalıdır - General

11-07-2023, 14:25 279 dəfə baxılıb

10 noyabr bəyanatının imzalanmasından 32 ay keçməsinə və Azərbaycanın xoş niyyətinə, beynəlxalq humanitar hüququn bütün tələblərini yerinə yetirməsinə rəğmən, həm rus sülhməramlılar, həm Beynəlxalq Qırmızı Xaç Komitəsi, həm də Ermənistan tərəfi hüquqazidd və insanlıqdan kənar fəaliyyətini davam etdirir.

   Bu sözləri Axar.az-a Dövlət Sərhəd Xidmətinin “Laçın”postundan BQXK-ya aid maşınların keçidini qadağan etməsi haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
  “Azərbaycan dəfələrlə rəsmi kanallarla BQXK-ya maşınların təyinatı üzrə istifadə olunmadığı haqqında dəlillərlə xəbərdarlıq edib. Lakin qarşı tərəf bundan lazımi dərs çıxarmadığına görə Azərbaycan da onların “Laçın” sərhəd-buraxılış məntəqəsindən istifadəsinə qadağa qoydu. Bu, beynəlxalq hüquqdan meydana gələn fəaliyyətdir, yumşaq gücün istifadəsi və diplomatiyanın başqa bir vasitə ilə davam etdirilməsidir. BQXK-nın Azərbaycan ərazisində separatçıların maşası rolunu oynaması, qaçaqmalçılıqla məşğul olması, eyni zamanda rus sülhməramlıların gözü qarşısında terror və təxribat fəaliyyətlərinin davam etdirilməsi qəbuledilməzdir. Rəsmi Bakı sözügedən qanunsuzluqların qarşısını qətiyyətlə alacaq. Artıq səbir tükənir və törədilən əməllər Azərbaycana başqa yol qoymur. Fikrimcə, növbəti antiterror əməliyyatı ilə başlarına dəmir yumruq enməsə, məsələyə birdəfəlik nöqtə qoyulmasa, onlar sakitləşməyəcək ”.
  Qeyd edək ki, son dövrdə Dövlət Sərhəd Xidməti tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Nəticədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA