sedanews.az
sedanews.az

Xocalı rayonunun Şuşakənd kəndinə köçürülən ailələr mənzil başına çatdı - YENİLƏNDİ

Dün, 13:56

   Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç yola salınıb. Öz dədə baba yurduna qayıdan ailələr Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Şuşakənd kəndinə 19 ailə olmaqla 55 nəfər, Xanyurdu kəndinə isə 12 ailə olmaqla 34 nəfər öz dədə baba yurduna qayıdıb.
Doğma yurda qayıdan ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA