sedanews.az
sedanews.az

Şizofreniya xəstəsi anasını çəkiclə öldürdü

13-04-2021, 12:04 409 dəfə baxılıb

Şizofreniya xəstəsi anasını çəkiclə öldürdü




1 yanvar 2021-ci il tarixdə Mingəçevir şəhər sakini Afaq İbiş qızı Əhmədovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Mingəçevir şəhər prokurorluğundan Axar.az-a verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla zərərçəkmişin oğlu, Mingəçevir Ruhi Əsəb dispanserində “paranoid şizofreniya” diaqnozu ilə qeydiyyatda olan İslam Yaşar oğlu Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çəkiclə Afaq Əhmədovanın baş nahiyəsinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, İslam Əhmədov cinayət əməlini törədən zaman düçar olduğu psixi xəstəlikdən əziyyət çəkərək öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmayıb.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, anlaqsız vəziyyətdə cinayət törətmiş İslam Əhmədovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA