Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni satışının təşkil edilməsi ilə məşğul olan daha bir şəxsin ifşa edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini Oqtay Cəfərov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.
Onun Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşadığı evə baxış keçirilən zaman 7 kiloqram 559 qram narkotik vasitə olan heroin, 2 kiloqram 205 qram psixotrop maddə metamfetamin, həmçinin 110 ədəd güclü təsiredici preqabalin, 170 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Oqtay Cəfərovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, o xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə sıx əlaqələr yaradaraq narkokuryerliyə cəlb edilib. Daha sonra saxlanılan şəxs narkotik vasitələri Cəlilabad rayonu ərazisində qəbul edib. Onun əsas məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək olub.
Sonuncu əməliyyat zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 10 kiloqrama yaxın “kola” və “kakos” adlanan narkotik vasitə heroin, “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, eləcə də 280 ədəd metadon və preqabalin həbi qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) və 240.3.2 (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Oqtay Cəfərov barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan təsdbiri seçilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İnternetdə “patı” və “şüşə” satanlar tutuldu
Azərbaycanda cinayətkar dəstənin 27 üzvü tutuldu - FOTO
Cəlilabadda acı həyat gerçəyimiz: Ahıl ana və qızı qəbiristanlıqda yaşayır
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Pərviz Həsənov reabilitasiya mərkəzində necə ölüb? - Qoluna qandal vurulubmuş
ABŞ qərar üçün Ukraynaya bir neçə gün vaxt verdi
Azərbaycan və Türkiyə hərbi təhlükəsizliyi gücləndirən sənədi təsdiqlədi
"Salatın Əsgərova – Cəsarətin və qələmin simvolu"
XİN: Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır
Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
Sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxs həbs edildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir
Mehdiyev işi: Abbas Abbasov axtarışa verildi
Emin Əmrullayev: Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil
Təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub
Kimlərə iki dəfə çox maaş ödəniləcək?
Hərbi Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycanın bəzi ərazilərinə qar yağır - FAKTİKİ HAVA
Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədova zəng edib
Xocalının Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlandı
DTX əməliyyat keçirdi - Xarici xidmətlərin gizli planı ifşa edildi - VİDEO
Marketlərdə qiymət oyunu: Alıcını kim aldadır – piştaxta, yoxsa kassa?
Vətəndaşlar liftin təhlükəsizliyi barədə elektron məlumat ala biləcəklər
Müharibə veteranlarının əmək məzuniyyəti 46 günə qaldırılır
Ana olmağa hazırlaşanlara sevindirici xəbər: Əmək haqqı...
"Amerikanka"lar xeyli bahalaşacaq - Gürcüstan rüsumları iki dəfə artırdı
İki ölkə İranla müharibə məşqlərinə başladı
Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü oldu
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində təmsil olunub
Bu şəxslərə birdəfəlik haqq ödəniləcək
Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
Kəbəyə getmək istəyənlərin nəzərinə - Yeni qadağa qüvvəyə minir
Ermənistanda Azərbaycandilli media xidməti bağlandı
“Sərnişinlər yox, sanki əsirdirlər! Masazır -Əcəmi marşrutu insanları yolda qoyur”...
Başlıq: "Ana Haray Çəkir: 5 Yaşlı Nihatın Səssiz Dünyasından Çıxmağa Yardım Edək!"
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Formula 1 zamanı açıq olan yolların SİYAHISI
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi